Orban Trampla görüşüb

Macarıstanın baş naziri Viktor Orban ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşüb və onunla Ukrayna münaqişəsinin həllini müzakirə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə siyasətçi X sosial şəbəkəsində məlumat verib:

“Bu gün Mar-a-Laqoda Prezident Donald Trampı ziyarət etmək şərəf idi. Biz sülhə nail olmağın yollarını müzakirə etdik”, – deyə Orban bildirib.

Baş nazir əlavə edib ki, Tramp yenidən seçilərsə, “bu problemi həll edəcək” və bu, Orbanın fikrincə, “yaxşı xəbərdir”.

Orban keçmiş Amerika lideri ilə görüşünü “sülh missiyası” adlandırıb.

Qeyd edək ki, daha əvvəl Orbanın Vaşinqtonda NATO sammitindən sonra Trampla Floridadakı şəxsi iqamətgahında Mar-a-Laqoda görüşəcəyini bildirmişdi.

 

 

 

Şəbnəm

Gununsesi.info