Pakistan qırıcıları Azərbaycan Prezidentinin təyyarəsini müşayiət edib

  • By ilhame
  • 11 İyul 2024 13:57

Azərbaycan Prezidentinin təyyarəsi Pakistan ərazisinə daxil olarkən Pakistan qırıcıları havaya qaldırılıb.

 

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında paylaşımında qeyd edib.

 

“Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın bir nömrəli heyətini salamlayır və müşayiət edir!”, – H.Hacıyev bildirib.

Gununsesi.info