
ABŞ prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Ukraynada münaqişənin başlamasını Qərbin səhvi ilə əlaqələndirib.
Gununsesi.info xəbər verir ki, onun sözlərini Welt yayıb.
Onun sözlərinə görə, 2008-ci ildə Corc Buş Ukrayna və Gürcüstanın NATO-ya daxil olmasını sürətləndirməyi təklif edib, lakin Almaniya və Fransa buna qarşı çıxıb: “Düşünürəm ki, Ukrayna NATO-ya qəbul edilsəydi, biz 2014-cü il işğalından sağ çıxmazdıq. 2022-ci il işğalını görməzdik”.
Bundan əvvəl NATO Ukrayna üçün təhlükəsizlik və hərbi təlimləri təşviq etmək üçün missiyanın yaradıldığını elan edib.
Missiyanın vəzifəsi Ukraynanın təhlükəsizliyinə etibarlı əsasda yardım göstərməkdir.
Şəbnəm
Gununsesi.info