“Qarabağ”ın yoxlama görüşlərindəki növbəti rəqibləri bəlli olub

  • By ilhame
  • 11 İyul 2024 19:33

“Qarabağ”ın Avstriyadakı son oyun günündəki rəqibləri bəlli olub.

Gununsesi.info xəbər verir ki, Qurban Qurbanovun yetirmələri iyulun 16-da iki matça çıxacaq.

İlk görüşdə rəqib Xorvatiya təmsilçisi “Slaven” (Belupo) olacaq. Ağdam təmsilçisi Tirol bölgəsindəki hazırlığı “Əl Şəbəb”ə (BƏƏ) qarşı matçla yekunlaşdıracaq.

Qeyd edək ki, toplanış çərçivəsində ilk iki matçını iyulun 9-da keçirən “Qarabağ” Almaniyanın “Kayzerslautern” (1:3) və Çexiyanın “Viktoriya” kollektivi (2:1) ilə üz-üzə gəlib.

Gununsesi.info