Bavariya” portuqaliyalı yarımmüdafiəçi transfer edib

  • By ilhame
  • 11 İyul 2024 13:00

Almaniyanın “Bavariya” klubu İngiltərə təmsilçisi “Fulhem”dən Joau Palinyanı transfer edib.

 

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi 2022-ci ildən fomasını geyindiyi İngiltərə klubunda meydana çıxdığı 79 oyunda 8 qolla yadda qalıb.

Gununsesi.info