“Mançester Yunayted”in futbolçusu İspaniya klubuna transfer olunub

  • By ilhame
  • 11 İyul 2024 21:32

İspaniya təmsilçisi “Jirona” İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusunu transfer edib.

 

Gununsesi.info xəbər verir ki, “ağ-qırmızılar” müdafiəçi Donni van de Beklə anlaşıb.

 

27 yaşlı niderlandlı oyunçu ilə 4 illik müqavilə bağlanıb.

 

Qeyd edək ki, D.Bek ötən mövsümün ikinci yarısını Almaniyanın “Ayntraxt” komandasında keçirib.

Gununsesi.info