
Vəkil Bəhruz Bayramov və Cavad Cavadov Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Ofisinin direktor müavini Jason Micinerney, həmçinin Dövlət Departamentinin Siyasət Departamentinin rəsmisi Sonia Fernandes və ABŞ səfirliyinin yeni siyasi məsələlər üzrə müşaviri Diana Braunla görüşüb.
Gununsesi.info-ya açıqlamasında Bəhruz Bayramov görüşdə Azərbaycanda insan haqlarının, həmçinin dini etiqad azadlığı sahəsində vəziyyətin müzakirə olunduğunu deyib.
Gununsesi.info