
Gürcüstan Konstitusiya Məhkəməsinə “xarici agentlər haqqında” qanunun fəaliyyətinin dayandırılması və ləğv edilməsi tələbi ilə üç iddia qaldırılacaq.
Gununsesi.info-nun gürcü mətbuatına istinadən verdiyi məlumata görə, onlardan biri Gürcüstan prezidenti Salome Zurabişvili tərəfindən hazırlanacaq və bazar ertəsi məhkəməyə göndəriləcək.
Məlumata görə, Zurabişvili hakimlər kollegiyasına hökumətin Konstitusiyanın “ölkənin Avropa və Avro-Atlantik strukturlara inteqrasiyası” ilə bağlı 78-ci maddəsini pozduğunu sübut etməyə çalışacaq.
Artıq 100-ə yaxın qeyri-hökumət təşkilatının oxşar birgə iddia hazırladığı bildirilir.
Bundan başqa, mətbuatda yayılan məlumatlara görə, müxalifət də konstitusiya iddiası hazırlayır.
Gununsesi.info