
1 sentyabr- Parlament seçkilərində yenidən iştirak qərarını açıqlayan Vahid Əhmədovun Qaradağ Rayonunun prokuroru vəzifəsini tutan oğlu Zəfər Əhmədov vəzifəsindən azad edilib.
Gununsesi.info bildirir ki, bu barədə Kamran Əliyev əmr imzalayıb.
Sosial şəbəkələrdə isə Zəfər Əhmədova işdən çıxarılması atasının deputatlığa namizədliyini irəli sürməsi ilə əlaqələndirlib.
Gununsesi.info-ya açıqlamasında isə Vahid Əhmədov bu iddianı təkzib edib:
“Oğlumun səlahiyyətli müddəti ayın 2 də başa çatıb. Baş prokurorun ərəncamına götürülüb. Mən isə namizədliyim üçün sənədlərimi yeni vermişəm. Bunun mənim namizəd olmağıma aidiyyatı yoxdur. Boş söhbətlərdir”.
Vahid Əhmədov onu da deyib ki, yaxın zamanlarda oğluna yeni iş təklif ediləcək:”Prosedur belədir ki, 5 ildən bir yerdəyişmə edilir. Yəqin ki, bir yerə təyinatını verəcəklər”.
Elmar
Gununsesi.info