Vanqanın proqnozu: 2025 – ci il sonun başlanğıcı olacaq - Avropada böyük münaqişlər çıxacaq

“Balkanların Nostradamusu” kimi tanınan bolqar görücü Baba Vanqanın 2025-ci ili sonun başlanğıcı olaraq gördüyü ortaya çıxıb.

Vanqaya görə, gələn il Avropada qitə əhalisinə təsir edəcək münaqişə ilə başlayacaq ki, bu da apokalipsislə nəticələnəcək hadisələrin başlanğıcı olacaq. Xalq arasında Baba Vanqa kimi tanınan Vangeliya Pandeva Quşterova 1911-ci ildə anadan olub və onun peyğəmbərlik qabiliyyətinə malik olduğu iddia edilirdi.

Uşaqlıqdan kor olan bolqar görücü, yəqin ki, gələcəyi görə bilirdi və görmə gücününün səbəbini onu kor edən qasırğa ilə əlaqələndirirdi.

Bu qabiliyyətlər ilk dəfə İkinci Dünya müharibəsinin ortalarında ictimaiyyətin diqqətinə çatdırılıb.

Məlumatlara görə, Bolqarıstan çarı III Boris və Sovet lideri Leonid Brejnev kimi şəxslər onunla şəxsən məsləhətləşiblər.

Baba Vanqanın Britaniya şahzadəsi Diananın ölümünü, Rusiyanın “Kursk” sualtı gəmisinin batmasını və 11 sentyabr terror aktlarını proqnozlaşdırdığı deyilir. Hətta onun ölümünü 1996-cı il avqustun 11-də 85 yaşında ikən əvvəlcədən bildiyi iddia edilir. Onun 5079-cu ilə qədər hər il üçün baxtığı bildirilir.

Gununsesi.info Baba Vanqanın proqnozlarını təqdim edir: 2025 – ci il: Avropada müharibə 2028 – ci il:  Veneranın kəşfi İnsanlar Veneranı enerji mənbəyi kimi araşdırmağa başlayacaqlar.

2033- cü il: Buzlaqların əriməsi Deyilənə görə, Baba Vanqa qütb buzlaqlarının əriyəcəyini və dəniz səviyyəsinin bütün dünyada ciddi səviyyələrə çatacağını proqnozlaşdırıb.

2076- cı il:  Kommunizmin qayıdışı Kommunizm bütün dünyaya yayılacaq. İnsanlar yadplanetlilərlə əlaqə quracaqlar. Beləliklə, Amerika elmi fantastika seriyası “The X Files”in hər zaman haqlı olduğu təsdiqlənəcək.

2170- ci il: Qlobal quraqlıq İqlim dəyişikliyi planeti məhv etməyə davam edəcək və quraqlıq dünyanın çox hissəsini məhv edəcək.

3005- ci il:  Mars üçün döyüş Yer Marsda bir sivilizasiya ilə döyüşə girəcək. Hadisələri kimin başlatdığı barədə əlavə məlumat yoxdur, amma yəqin ki, marslılar deyil, bizik.

3797- ci il: Dünyanın sonu – I hissə Dünya daha yaşana bilməyəcək. Mars müharibəsindən sağ çıxan insanlar Yer kürəsini yaşamaq üçün yararsız hala saldıqları üçün tərk etməli olacaqlar.

5079- cu il Dünyanın sonu – II hissə Böyük final, dünyanın sonu.

 

 

 

Ceyhun

Gununsesi.info