Ramin Məmmədov Balakəndə din xadimləri ilə görüşüb

  • By Günel
  • 24 Aprel 2025 09:25

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 23-də Balakən rayonunda yerləşən İtitala məscidində fəaliyyət göstərən din xadimləri ilə görüşüb.

Bu barədə Gununsesi.info -ya Dövlət Komitəsindən məlumat verilib.

Dini Komitənin sədri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, abidələrə qayğı və diqqəti barədə danışaraq dini-etnik zəmində qlobal təhdidlərin səngimədiyi bir zamanda Azərbaycanın multikulturalizm məkanı kimi nümunəvi model təqdim etdiyini vurğulayıb:

“İbadət evləri insanların ibadət və dua etmələrinə xidmət etməklə yanaşı, cəmiyyətin öz dini biliklərini dərinləşdirməsinə şərait yaradır. Bu baxımdan, milli-mənəvi və dini dəyərlərimizin təbliğ edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında din xadimlərinin üzərinə böyük məsuliyyət düşür”.

Gununsesi.info