İstanbulda güclü partlayış baş verdi

  • By Günel
  • 24 Aprel 2025 19:30

İstanbul şəhərinin Tuzla səmtində Dəri Sənaye Zonasında partlayış baş verib.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış su təmizləyici qurğuda qeydə alınıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və tibbi briqadalar göndərilib. Partlayış nəticəsində beş işçi yaralanıb.

Gununsesi.info