Mədət Quliyev bu vəzifəsindən istefa verdi

  • By Günel
  • 24 Aprel 2025 08:30

Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev istefa verib.

Gununsesi.info xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa vermək qərarına gəlib.

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidentidir.

Gununsesi.info