Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının konserti

  • By Günel
  • 26 Sentyabr 2024 10:28

Sentyabrın 25-də Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Astananın Sülh və Əmin-amanlıq Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçirilib.

Gununsesi.info “Qafqazinfo” – ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mərasimdə rəsmi şəxslər, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Konsert proqramında ansambl tərəfindən “Mənim Azərbaycanım süitası”, “Qazaxı”, “Nağaraçılar”, “Qaytağı”, “Toy”, “Ağ çiçəyim”, “Çayçı” rəqsləri, “Sarı gəlin” kompozisiyası, “Vətən süitası” və digər nömrələr ifa edilib.







Gununsesi.info