Rusiya, BƏƏ və Səudiyyə Ərəbistanının enerji şəbəkələrinin İran üzərindən birləşdirilməsi təklif edilib

  • By ilhame
  • 26 Sentyabr 2024 13:09

İran Rusiya, BƏƏ və Səudiyyə Ərəbistanının enerji şəbəkələrinin ölkə ərazisi üzərindən birləşdirilməsini təklif edib.

 

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu İranın energetika naziri Abbas Əli-Abadi deyib.

 

O, sentyabrın 26-da Moskvada keçirilən BRİCS-ə üzv ölkələrin energetika nazirlərinin iclasında iştirak etmək üçün Rusiyada səfərdədir. İclasla eyni vaxtda Rusiya Enerji Həftəsi də keçiriləcək.

Gununsesi.info