
Qərb dövlətləri bunu açıq şəkildə inkar etsələr də, Rusiya ilə biznes və sövdələşməni davam etdirirlər.
Gununsesi.info xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto BMT Baş Assambleyasının 79-cu sessiyası zamanı deyib.
“Qərbli həmkarlarımızın çoxu Rusiyanın enerji resurslarından qurtulduğunu söyləməyi xoşlayır. Bu, saxta xəbərlərin ən böyük nümunələrindən biridir, çünki Qərb ölkələri Rusiya ilə iş görməkdə davam edir. Sadəcə olaraq, bunu inkar edirlər”, – deyə nazir bildirib.
O, Rusiya nefti və qazının hələ də böyük miqdarda Avropaya axdığını vurğulayıb və əlavə edib ki, Rusiya həm də “ABŞ kimi bir ölkə” üçün əsas uran tədarükçüsüdür.
Bundan əvvəl Peter Siyarto Rusiyaya qarşı sanksiyaların mənasız olduğunu bildirib.
Onun sözlərinə görə, sanksiyalar Avropa iqtisadiyyatlarına Rusiya iqtisadiyyatından qat-qat çox ziyan vurur, buna görə də Qərb ölkələri onlardan yan keçmək məcburiyyətindədir.