RİA “Novosti” saytına giriş bloklanıb

  • By Günel
  • 26 Sentyabr 2024 09:47

Moldovada RİA “Novosti” saytına giriş bloklanıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bloklama qərarı Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti tərəfindən tərtib edilmiş arzuolunmaz Rusiya KİV-nin siyahısını genişləndirmək çərçivəsində qəbul edilib.

Qeyd edək ki, Moldova Xarici İşlər Nazirliyi ABŞ-ın RT və “Rossiya Seqodnya” xəbər agentliyinə qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyib.

RİA “Novosti” xəbər agentliyinin resurslarının bloklanması ilə bağlı hələlik rəsmi şərh verilməyib.

Gununsesi.info