Bakıda dəhşət: kişinin turnikdən asılı meyiti tapıldı

  • By Günel
  • 26 Sentyabr 2024 09:31

Bakıda intihar hadisəsi olub.

Gununsesi.info -nun Lent.az-a istinadən əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu Nazim Şükürov küçəsində başa verib.

Bəkir Hüseynli yaşadığı evin həyətindəki turnikdən özünü asaraq, canına qəsd edib. Onun asılmış meyitini yaxınları aşkar ediblər.

İntiharın səbəbləri isə məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info