KİV: HƏMAS və Fəth Qəzzada mülki idarəetmə ilə bağlı konsensus əldə edib

  • By ilhame
  • 26 Sentyabr 2024 13:46

Fələstinin HƏMAS və Fəth hərəkatları Qəzza zolağında mülki idarəetmə məsələsi ilə bağlı konsensus əldə edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı HƏMAS-dakı mənbəyə istinadən məlumat yayıb.

 

O bildirib ki, razılaşmaya əsasən, HƏMAS Qəzzada sərhəd-keçid məntəqələrinə nəzarət etməyəcək.

 

“Gələn həftə hərəkatlar barışıq çərçivəsində görüş keçirəcək”, – mənbə əlavə edib.

 

Hazırda Fələstin rəsmiləri Qəzza zolağının idarə olunması məsələsi ilə bağlı təmasdadır. Qeyd edilir ki, müzakirə olunan məsələlər arasında müstəqil xadimlərdən ibarət yerli administrasiya, o cümlədən hər iki hərəkatın və digər Fələstin fraksiyalarının razılıq verəcəyi halda texnokratlar hökumətinin yaradılması da yer alır.

Gununsesi.info