
ABŞ sülh üçün böyük təhlükə və müharibə mənbəyidir.
Gununsesi.info xəbər verir ki, bunu Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqanq bildirib.
“Çin dünya sülhünü qurur, qlobal inkişafa töhfə verir və dünya nizamını qoruyur, Pekin hərbi siyasətinin müdafiə xarakterinə ciddi şəkildə riayət edir və milli müdafiəni gücləndirir” -deyə Syaoqanq vurğulayıb.
Çinin müdafiə departamentinin nümayəndəsi həmçinin ABŞ-dan Çin haqqında düzgün təsəvvür formalaşdırmağı və onun hərbi inkişafını obyektiv və rasional düşünməyi tələb edib.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, ABŞ-ın fikrincə, Çin strateji silahların hazırlanmasına sərmayə qoyur.
Onun sözlərinə görə, Çin Rusiya-Amerika Strateji Silahların Azaldılması Müqaviləsinə (START) oxşar razılaşma olmadığı halda strateji silahların inkişafına sərmayə qoyur.
Gununsesi.info