Puqaçovanın qızı Abraham Russo ilə oxumaqdan imtina etdi

Rusiyanın Xalq artisti Alla Puqaçovanın qızı, Əməkdar artist Kristina Orbakayte Dubayda keçirilən korporativ tədbirdə Abraham Russo ilə duet oxumaqdan imtina edib.

Gununsesi.info Rus mediasına istinadən xəbər verir ki, ikili tədbirdə “Просто любить тебя” və “Любовь, которой больше нет” mahnılarını ifa etməli olsalar da, Orbakayte mahnıları Russo ilə oxumaqdan şəkildə imtina edib və çıxışına tək davam edib.

Məlumata görə, Orbakaytenin korporativ tədbir üçün qonorarı 50 min avro, Russonunku isə 20 min dollar təşkil edib.

 

 

 

Orxan Saffari

Gununsesi.info