
Min illərdir ki, baş verən klassik müharibələrdə döyüşən tərəflərdən birinin təslim olduğunu bildirməyinin yolu ağ bayraq qaldırmaqdan keçir.
Bəs bunun səbəbi nədir? Əsgərlər niyə ağ bayraq qaldırırdılar?
Gununsesi.info xəbər verir ki, tarixi qədim dövrlərə dayanan bu ənənənin kökü “İkinci Pun” müharibəsinə dayanır. Beləki, romalılarla danışığa gələn döyüşçülər, Karfagen gəmisində sülhlə gəldiyini bildirmək üçün ağ qoyunun dərisi asmışdılar. Qərbdə ağ bayraq qaldırmağın əsasının da bu detal olduğu düşünülür.
Əlavə olaraq Şərqdə də ağ bayraq eyni məqsədlə istifadə olunmuşdur. Burada isə ilk dəfə bu ənənənin Çində təslimiyyət niyyəti ilə olduğu deyilir. Üstəlik, Çində ağ rəng matəm və ölüm rəngi hesab olunur.
Hesab edilir ki, əsgərlər məğlubiyyəti yox, onun əzabını göstərmək üçün ağ bayraqlardan istifadə ediblər.
Qeyd edək ki, ağ bayraq təslim olma simvolu kimi Cenevrə konversiyasında da təsdiqlənmişdir.
Orxan
Gununsesi.info