Azərbaycanlı futbolçunun çıxış etdiyi Albaniya klubunun yeni baş məşqçisi açıqlanıb

  • By ilhame
  • 25 Sentyabr 2024 22:59

Azərbaycan millisinin sabiq futbolçusu Amil Yunanovun çıxış etdiyi Albaniya təmsilçisi “Bilis”in yeni baş məşqçisi açıqlanıb.

 

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı bundan sonra Nevil Dede çalışdıracaq.

 

49 yaşlı mütəxəssis bu postda Emanuel Eqbonu əvəz edib.

 

Qeyd edək ki, “Bilis” Albaniya çempionatında altı turdan sonra 10 komanda arasında 5 xalla 9-cu sırada qərarlaşıb.

Gununsesi.info