Lənkəranda 29 yaşlı gənci avtomobil vurub

  • By Günel
  • 26 Sentyabr 2024 11:28

Lənkəran şəhərində 29 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Gununsesi.info “Report” – a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Ağazadə Anar Bəxtiyar oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info