Bu yollar tıxaclıdır - SIYAHI

  • By Günel
  • 26 Sentyabr 2024 09:11

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edirik:

1. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

7. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

8. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

9. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Gununsesi.info