İntihar edən fenomendən xəbər var

Xəbər verdiyimiz kimi, ötən gün türkiyəli məşhur tiktoker qadın Kübra Aykut yaşadığı mənzilin 5-ci mərtəbəsindən atılaraq intihar edib. Sözügedənin hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, intihardan əvvəl məktub yazdığı deyilən Kübranın xalası, Kübra Aykutun sevgilisi ilə hadisədən bir gün əvvəl ayrıldığını bildirib. Onun sözlərinə görə, Kübra bibisinə son dəfə bu sözləri deyib: “Xala, mən onu çox qısqanıram. Sadəcə onun mənə qayğı göstərməsini istəyirəm”.

Qeyd edək ki, Kübra Aykutun məktubunda bu sözlərin yazıldığı deyilir: “Günlərdir, əzab çəkirəm. Öz istəyimlə atladım. Çünki daha yaşamaq istəmirəm.. Həyatımda hər kəsə çox yaxşılıq etmişəm. Amma mən özümə yaxşı ola bilmədim, yaxşı insan kimi yaşamaq mənə heç nə gətirmədi.”

 

Orxan Saffari

Gununsesi.info