Ölümü şübhəli sayılan sənətçinin cənazəsi gətirilir

Türk kinosu deyiləndə ağıla ilk gələn, Yeşilçamın unudulmaz sənətçilərdən biri Ahu Tuğba dünyasını dəyişib. ABŞ-da yaşayan 69 yaşlı ulduzun ölümü şübhəli sayıldığından cənazə transferini həyata keçirmək mümkün olmayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türk mediasına məlumatı sənətçinin qızı verib.

Qeyd edək ki, o, daha əvvəl ötən ilin aprelində yol qəzası keçirib və 8 saatlıq əməliyyatdan sonra 3 həftə reanimasiyada müalicə olunub. Əlavə olaraq sənətçi ağır astma ilə də mübarizə aparırdı.

Orxan Saffari

Gununsesi.info