
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın müttəfiqləri siyasətçinin yolunu azdığını düşünür.
Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” sabiq dövlət başçısının onlarla tərəfdaşına istinadən yazır.
Eks-prezidentin seçki kampaniyasının son günlərində ritorikası, diqqəti yayındıran şərhləri və “sabitliyi pozan qüvvələrlə” təmasları narahatlıq yaradıb.
Söhbət sosial şəbəkələrdə irqçi şərhləri ilə tanınan ifrat sağçı fəal Laura Loomer və onun keçmiş meneceri Kori Levandovskidən gedir.
Bəzi tərəfdarların fikrincə, Kəmalə Harrisin yarışa girməsi eks-prezidenti özəl olaraq çaşdırıb, o, demokrat namizəddəki dəyişikliyi dəfələrlə qəzəblə şərh edib.
Qeyd edək ki, Tramp daha əvvəl Ohayo ştatının Springfield şəhərindən haitili mühacirləri kütləvi şəkildə deportasiya edəcəyinə söz vermişdi.
Vitse-prezident Kamala Harrislə prezidentlik debatı zamanı siyasətçi bildirib ki, immiqrantlar it və pişik yeyirlər.
Günel