Kobaxidze Abxaziya əhalisinə müraciət edib

Gürcüstanın baş naziri İrakli Kobaxidze Abxaziya və Cənubi Osetiya əhalisinə müraciət edərək vahid gürcü dövlətində yaşamağa çağırıb.

Gununsesi.info Gürcüstan Televiziyasının Birinci Kanalı xəbər verir.

Kobaxidze BMT Baş Assambleyasının 79-cu sessiyasındakı çıxışı zamanı deyib: “Bütün addımlarımız xalqımıza kömək etməkdir və bir gün biz də uşaqlarımızla birlikdə xoşbəxt, vahid və inkişaf etmiş Gürcüstanda yaşaya bilək”.

Onun sözlərinə görə, Gürcüstan ölkədəki bütün dağılmış körpüləri bərpa etməlidir və Abxaziya və Cənubi Osetiya əhalisini “açıq ürəklə qarşılayacaqlar”.

Bundan əvvəl məlum olmuşdu ki, Kobaxidze son anda Gürcüstan hökumətinin ritorikasına görə Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Baydenlə ziyafətə dəvət olunan xarici liderlər siyahısından son anda çıxarılıb.

 

Gununsesi.info