
Almaniya, Avstraliya, Hollandiya və Kanada Əfqanıstanda qadınlara qarşı ayrı-seçkiliyə görə Beynəlxalq Ədalət Məhkəməsində Talibana qarşı iddia qaldıracaq.
Gununsesi.info xəbər verir ki, The New York Times xəbər verir.
Əvvəlcə arbitraj məhkəməsinə, daha sonra isə lazım gələrsə, Haaqa Beynəlxalq Məhkəməsinə müraciət etmək planlaşdırılır.
Taliban qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında BMT Konvensiyasını “kobud və sistematik şəkildə pozmaqda” ittiham olunur.
Xatırladaq ki, Taliban hakimiyyətdə olduqları müddətdə qadınların ictimai yerlərdə üzləri açıq görünməsinə, eləcə də istirahət yerlərində, bağlarda və parklarda müşayiətsiz görünməsinə qadağa qoyub.
Bundan əlavə, ölkədə qadınların ali təhsil alması qadağandır.
Şəbnəm
Gununsesi.info