
Putin Rusiya nüvə doktrinasında dəyişikliklərin əlavə edilməsini təklif edib. Başqa sözlə desək, Putin Ukraynaya potensial nüvə zərbəsini əsaslandırmağa çalışır.
Bu sözləri Gununsesi.info-ya şərhində politoloq Kamran Cəfərov bildirib.
“Niyə? Çünki Putin, Trampın seçilməyəcəyi təqdirdə müharibədə qələbənin mümkünsüzlüyünü başa düşür. Rusiyanın sovetdən qalma hərbi arsenalı sürətlə əriyir, iqtisadiyyat çat verir və Putin nə qədər uzatmağa çalışsa da, mahiyyət dəyişmir. Biz hələ Rusiya dövlətinə dəyən imic zərbələrini demirik. Misal üçün, 1941-ci ildən bəri Rusiya ərazisinə xarici dövlətin SQ-nin daxil olması faktı və s məsələlər.”-, K. Cəfərov deyib.
Kamran Cəfərov həmçinin qeyd edib ki, müəyyən mərhələdə Rusiya 2 seçim qarşısında qalacaq:
Ya Putin devrilməlidir, ya da Rusiya NATO ilə açıq müharibəyə başlamalıdır.
Gununsesi.info