Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alan var

  • By Günel
  • 26 Sentyabr 2024 10:23

Oğuzda minik avtomobili ağaca çırpılıb.

Gununsesi.info -nun APA-ya istinadən məlumatına görə, hadisə gecə saatlarında rayonun Kərimli-Yaqublu avtomobil yolunda baş verib.

Rayon sakini 1999-cu il təvəllüdlü Rəhman Mərdan oğlu Hümbətovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Sürücü R. Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info