Ukraynalı deputat: Hərbi əməliyyatlar 2025-ci ildə bitməyəcək

  • By Günel
  • 25 Fevral 2025 23:45

Ukraynada hərbi əməliyyatlar 2025-ci ildə bitməyəcək.

Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın “Novosti.LIVE” nəşrinə müsahibəsində Ali Radanın Müdafiə Komitəsinin rəhbəri, deputat Roman Kostenko deyib.

“Kiyev atəşkəs haqqında danışarkən, biz səngərdə buna sadəcə güldük və döyüşü davam etdirdik”, – o qeyd edib.

Kostenko hərbi əməliyyatların müvəqqəti dayandırıla biləcəyini istisna etməyib. Lakin o düşünür ki, əsas məsələ belə razılaşmaların nə qədər davam edəcəyidir.(Teleqraf)

Gununsesi.info