Rusiya teleqramı cərimələdi

  • By Günel
  • 25 Fevral 2025 20:12

Moskvanın Taqanski Rayon Məhkəməsi teleqram messencerini qadağan olunmuş məlumatları silmədiyinə görə cərimələyib.

Gununsesi.info “Qafqazinfo” – ya istinadən xəbər verir ki, bu barədə “Moskva Şəhərinin Ümumi Yurisdiksiya Məhkəmələri” teleqram kanalı məlumat yayıb.

Platforma İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsi (“Girişi məhdudlaşdırılan informasiyanın, informasiya ehtiyatlarının əldə edilməsinin məhdudlaşdırılması qaydasının pozulması”) ilə təqsirli bilinib.

Bununla da məhkəmə teleqramı 3,5 milyon rubl məbləğində cərimələyib.

Gununsesi.info