
Ermənistan sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə rəsmi Bakının cavabı İrəvana təqdim olunub.
Gununsesi.info -nun məlumatına görə Teleqraf “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib .
“Biz Azərbaycandan sülh müqaviləsi ilə bağlı cavab almışıq, lakin kommunikasiyaların bloklanması və qarşılıqlı silahlara nəzarət mexanizmi kimi digər sahələr üzrə təkliflər cavabsız qalır”, – diplomat bildirib.