Bakının bu rayonunda qaz kəsildi

  • By Günel
  • 25 Fevral 2025 20:19

Bakının Qaradağ rayonunda qaz kəsilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, bu gün Qaradağ rayonu, Umbakı qəsəbəsini təbii qazla təmin edən daşıyıcı qaz kəmərinin qaz təchizatında yaranmış çatışmazlıqla bağlı yerində araşdırmalar aparılıb və kəmərin 12-ci kilometrliyində qəza halının baş verdiyi müəyyən edilib.

Qeyd edilib ki, hazırda təmir-bərpa işləri aparılır.

Gununsesi.info