
İsveç, Ukraynaya 1,2 milyard kron (təxminən 113 milyon dollar) dəyərində hava hücumundan müdafiə (HHM) sistemləri göndərəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə İsveçin baş naziri Ulf Kristersson və digər rəsmilər məlumat verib.
Hökumət, Robot 70 və Tridon Mk2 sistemlərini Kiyevə təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, 2022-ci ilin fevralından bəri, İsveç Ukraynaya ümumilikdə 6,45 milyard avro (73,2 milyard kron) yardım edib və bu ölkənin Ukraynaya təqdim etdiyi 18-ci yardım paketi olacaq.
Günay