
Fevralın 24- ü Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa Şurasının prezidenti Antonio Kosta Kiyevə gəlib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə Suspilne məlumat yayıb.
Onları, Prezidentin Ofisinin rəhbəri Andrey Yermak və Ukraynanın xarici işlər naziri Andrey Sibiga qarşılayıb.
Bildirilib ki, Rusiyanın genişmiqyaslı işğalının 3-cü ildönümündə Kiyevdə Avropa tərəfdaş ölkələrinin liderlərinin görüşü keçiriləcək.
Ukrayna prezidenti Vladimir Zelenski fevralın 23-də bildirib ki, sammitdə 13-ü şəxsən, 24-ü isə onlayn olmaqla ümumilikdə 37 dövlət lideri iştirak edəcək.
O, sammiti çox güman ki, “dəyişən məqam” adlandırıb. Görüşlər bir neçə formatda keçiriləcək.
Şəbnəm