
Salome Zurabişvili Almaniyanın gələcək kansleri Fridrix Mersi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, o, Almaniyanın gələcək inkişafında uğurlar arzulayıb və Gürcüstanın Avropa gələcəyi və azad, ədalətli seçkilər üçün dəstəyini gözlədiklərini qeyd edib.
Qeyd edək ki, fevralın 23-də keçirilən seçkilərin rəsmi ilkin nəticələrinə görə, CDU/CSU bloku 28,6% səs toplayıb və birinci yeri tutub. İkinci yeri AfD (20,8%), üçüncü yeri isə SPD (16,4%) tutub.
Almaniya Federal Seçki Komissiyasının məlumatlarına əsasən, Fridrix Merzin rəhbərlik etdiyi mühafizəkar CDU/CSU bloku Bundestaq seçkilərində qalib gəlib.
Günay