Türkiyə PKK məntəqələrinə zərbələr endirib

Türkiyə Ankara yaxınlığındakı ölümcül hücumdan sonra PKK məntəqələrinə zərbələr endirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Türkiyə höküməti Ankara yaxınlığında azı 5 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra İraq və Suriyada kürd silahlı qruplaşması olan PKK ilə əlaqəli obyektlərə zərbələr endirilib.

Çərşənbə günü səhər saatlarında baş verən hücumun müxtəlif videolarında ən azı iki nəfərin paytaxtdan 40 km kənarda yerləşən Türk Aerokosmik Sənayesinin girişi ətrafında silahla atəş açması göstərilir.

22 nəfərin yaralandığı hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Türkiyə Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, cavab hücumu zamanı terrorçulara məxsus ümumilikdə 32 hədəf uğurla məhv edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan X-də paylaşım edərək TAİ-yə hücumu “iyrənc” adlandırıb.

Orxan Saffari

Gununsesi.info