
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Mirzə Ələkbər Sabir küçəsində qeydə alınıb.
1977-ci il təvəllüdlü Hüseynov İkram Əliaslan oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolu keçən piyadanı vurub.Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.