
ABŞ Dövlət katibi Marko Rubio İstanbula səfər edib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Agence France-Presse” (AFP) agentliyi yayıb.
Rubionun İstanbulda danışıqlarda iştirak edəcəyi gözlənilir.
O, dünən Antalyada NATO ölkələrinin XİN rəhbərlərinin qeyri-rəsmi görüşündə iştirak edib.
Xatırladaq ki, bu gün İstanbulda Türkiyə-ABŞ-Ukrayna, həmçinin Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşləri keçiriləcək.