
Seul bildirib ki, indi Cənubi Koreyanın dövlət sektorunda əvvəlkindən daha çox Şimali Koreyalı qaçqınlar işləyir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Birləşmə Nazirliyinin çərşənbə günü verdiyi açıqlamada, 2024-cü ilin sonuna kimi Şimali Koreyadan qaçan 211 nəfər dövlət sektorunda işlədiyi deyilir.
Bu da əvvəlki illə müqayisədə 17 nəfər çoxdur.
Nazirlik bildirib ki, bu rəqəm Şimali Koreyadan qaçanların ciddi şəkildə dövlət xidmətinə girməyə başladığı ildən bəri ən yüksək göstəricidir.
Qeyd edək ki, Seul Cənubi Koreyada yeni həyatlarına uyğunlaşarkən işsizlik və sosial təcridlə mübarizə aparan Şimali Koreyalı qaçqınlara dəstəyini genişləndirir.
Orxan