Dini təhsilə məcbur edilənlər insan alveri qurbanıdır - Fazil Mustafa

Küçədə dilənçilik edən uşaq tutulsa, valideynindən dərhal alınmalıdır. 

Gununsesi.info  xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında 2024-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatın müzakirəsi zamanı deyib.

O qeyd edib ki, dövlət dilənçiliyə cəlb edilən uşaqları öz nəzarətinə götürməlidir: “Onları dövlət müəssisələrinə yerləşdirmək lazımdır”.

F. Mustafa vurğulayıb ki, qanunvericilikdə dəyişiklik edilib, Azərbaycandan kənarda dini təhsilə məcburi cəlb edilən şəxsləri insan alveri qurbanı kimi qeydə almaq vacibdir: “Çünki din təhsili dövlətin nəzarətində olan təhsil müəssisələrində alınmalıdır. Bunlardan kənarda dini təhsilə cəlb edilmə qanunsuzdur”.

 

 

Gununsesi.info