
İspaniya, Fransa və Yunanıstan uşaqları rəqəmsal təhlükələrdən qorumaq üçün iyunun 6-da Aİ-nin iclasında 15 yaş məhdudiyyətinin gündəmə gətirilməsini tələb edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İspaniya, Fransa və Yunanıstan Avropa İttifaqı (Aİ) ölkələrində sosial mediaya giriş üçün yaş məhdudiyyətləri və daha sərt nəzarətlər tətbiq etməyi təklif ediblər.
Aİ-nin telekommunikasiya nazirləri iyunun 6-da Lüksemburqda keçirəcəkləri görüşdən əvvəl yetkinlik yaşına çatmayanları internet risklərindən qorumaq üçün birgə sənəd hazırlayıblar.
İspan mətbuatında yer alan sənədə əsasən, üç ölkənin nazirlikləri Aİ ölkələrində bazarda internetə qoşulan bütün cihazlar üçün istifadəçi yaşının yoxlanılması və valideyn nəzarəti proqram təminatının tətbiqinə imkan verən məcburi mexanizmlərin yaradılmasını tələb ediblər.
Üç ölkənin qəbul etdiyi ortaq rəyə əsasən, xüsusilə sosial mediada yaşa uyğun dizayn tələb edən Avropa standartlarının yaradılması və beləliklə, “Asılılıq yaradan reklam, yönləndirmə və pop-up, profil fərdiləşdirmə və ya avtomatik oynatılan videolar kimi məlumatların minimuma endirilməsi” vurğulanır.
Orxan