“Son zəng”lə bağlı məktəblərə təlimat göndərilib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda “Son zəng” tədbirlərində iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmasının təmin edilməsi öz əksini tapıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir.

Gununsesi.info