
Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Rahilə İbrahimova və 1954-cü il təvəllüdlü Havva Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki şəxs yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.Onların vəziyyəti orta-ağır qiymətləndirilir.