
Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndələri təcrübə mübadiləsi çərçivəsində Azərbaycana səfər ediblər.
Gununsesi.info xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu gün Gənclər və idman naziri Fərid Qayıbov nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Nazir türkiyəli nümayəndələrin Azərbaycandakı idman qurumlarına səfərlərini yüksək qiymətləndirərək bu cür mübadilələrin peşəkar bilik və təcrübənin bölüşdürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Görüşdə nümayəndə heyətinin üzvləri səfər çərçivəsində əldə etdikləri təəssüratları bölüşüblər.