Xəzinə ilə dolu itirilmiş nasist qatarı tapıldımı?

İkinci Dünya Müharibəsi zamanı itdiyi iddia edilən nasist qızıl qatarı ilə bağlı yeni iddia ortaya atılıb.

Gununsesi.info xarici mediaya isitnadən xəbər verir ki, İkinci Dünya Müharibəsinin son günlərində yoxa çıxdığı iddia edilən əfsanəvi nasist qızıl qatarı ilə bağlı Polşanın cənub-qərbində yerləşən Valbrzix şəhərinin hakimiyyət orqanlarına yeni məktub gəlib.

23 aprel tarixli məktubda adı açıqlanmayan şəxs ərazidəki gizli tuneldə üç qatar vaqonunun yerini bildiyini iddia edib.

Britaniyanın “Daily Mail” qəzetinin yazdığına görə, məktubu göndərən anonim şəxs hər birinin uzunluğu təxminən 12 metr və hündürlüyü dörd metr olan vaqonların polad qapı arxasında gizləndiyini iddia edib.

Məktubda bildirilir ki, bu vaqonlarda qızıl və digər qiymətli metallar olub. Digər tərəfdən, məktuba tunelin yerini göstərən xəritələr, geodeziya məlumatları və müharibə şahidinin ifadəsi də daxil olmaqla dörd əlavə faylın göndərildiyi bildirilib.

Wałbrzych Bələdiyyəsinin sözçüsü Kamila Świerczyńska qeyd etdi ki, məktubun təfərrüatları real və kifayət qədər konkretdir.

“Məktubda qatarın yerləşdiyi tunel kimi çox aydın görüntülər var”, – o, qeyd edib.

Orxan

Gununsesi.info