
Sosial şəbəkələrdə Zaqatalada yerləşən internat məktəbinin bağlanacağı ilə bağlı məlumat yayılıb. Məlumata görə, məktəb təyinatını dəyişərək lisey kimi fəaliyyət göstərəcək.
Gununsesi.info xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsindən Teleqraf-a cavab olaraq yayılan məlumat təsdiqlənib.
“Tədrisin keyfiyyətinin yüksəldilməsi, istedadlı uşaqlarla işin təşkili məqsədilə adıçəkilən məktəbin liseyə çevrilməsi planda var. Dəyişiklik nəticəsində təhsilalanların təhsilalma hüququ tam təmin olunacaq, pedaqoji heyətin ixtisarı həyata keçirilməyəcək”, – məlumatda qeyd olunub.